"Kurtlar Vadisi Pusu”nun Polad Ələmdarı Necati Şaşmaz serialdan 
qazandığı pulu daşınmaz əmlaka yatırır. Axşam.az-ın Türkiyə mətbuatına 
istinadən məlumatına görə, həftəyə 80 min lirə (təxminən 31 min manat) 
qonorar əldə edən aktyor 2 milyon 600 min dollar dəyərində yeni mənzil 
alıb. Dəniz mənzərəsi olan evin sahəsi 320 kvadrat metrdir. Necati hələ 
tikilməkdə olan mənzilin dekorasiyasını özü hazırlayacaq. Avtomobillərə 
olan marağı ilə tanınan yumor ustası Cem Yılmaz da həmkarı kimi 
qazandığı pulu daşınmaz əmlaka yatırmağa başlayıb. Belə ki, aktyor 
Zincirlikuyuda 3 milyon dollara yeni ev alıb.