Amerikada qaradərililərə qarşı zorakılıq məsələsi gündəmə gəlib. Həftə ərzində iki qaradərilinin polis tərəfindən öldürülməsi Birləşmiş Ştatlar prezidenti Barak Obamanı bəyanat verməyə vadar edib. Obama bütün amerikalıların artıq qaradərili məsələsinə diqqət göstərməli olduğunu deyib.
Qaradərili insanların müntəzəm olaraq polis əməkdaşları tərəfindən öldürülməsi bütün amerikalıları narahat edir. sabahinfo.az anspress-ə istinadən xəbər verir ki, bu fikri Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamadan bildirib. NATO sammitində iştirak etmək üçün Polşaya gələn Ağ Ev rəhbəri verdiyi ilk açıqlamada Minnesota və Luiziana ştatlarında baş verən insidentləri pisləyib.
Çərşənbə günü Minnesotada qaradərili yeməkxana inzibatçısı maşını durdurularaq, polis tərəfindən övladı və yoldaşının gözü qarşısında güllələnib. Ondan bir gün əvvəl isə Luiziana ştatında Elton Sterlinq adlı qaradərili polis tərəfindən qətlə yetirilib.
Qətlə yetirilən Filanda Kastilin yanında olan yoldaşının polisin davranışını və qətl anını sosial mediada canlı yayması isə hadisəyə daha çox diqqət cəlb edib. Həvəskar çəkilmiş kadrlarda polislərin Elton Sterlinqi həbs etməyə çalışdıqları və elə bu zaman ona atəş açdıqları görülür.
Bu hadisədən sonra ölkənin bütün kütləvi informasiya vasitələri polis zorakılığını pisləyən xəbərlər dərc etməyə başlayıblar. Polisin bu davranışına siyasilərlə yanaşı, sadə insanlar da etiraz etməyə başlayıblar. Hər iki insidentin baş verdiyi ştatlarda etiraz aksiyaları keçirlir. Fəallar polis zorakılığına son qoyulmasını tələb edirlər.