"Regionlarda fəaliyyət göstərən ilkin tibbi xidmət göstərən məntəqələrin maddi-texniki bazası demək olar yoxdur, yaxud bərbad haldadır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri həmin tibb müəssisələrində müşahidə olunan kadr çatışmazlığı məsələsinə də diqqət çəkib.
O qeyd edib ki, dekabr ayında parlamentdə bu sahə üzrə aidiyyəti dövlət qurumlarının rəhbər heyətinin və ekspertlərin iştirakı ilə dinləmə keçirilməsi nəzərdə tutulur.