"İyunun 3-də cənab prezident İlham Əliyevin Tərtər, Ağdam, Ağcabədi rayonlarına etdiyi səfərlər mühüm addım kimi dəyərləndirilir. Həmçinin, cənab prezident Ağcabədiyə 7-ci səfəri zamanı çox vacib məqamlara toxunub. ”Asan xidmət” mərkəzinin, dənli bitki toxumları zavodunun, yarımstansiyanın, içməli su təchizatı müəssisəsinin açılışlarında iştirak edən dövlətimizin başçısı regionların inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. Düşünürəm ki, bu səfərlərin hər biri rayon camaatı üçün əlamətdar hadisədir. Çünki ölkə başçısı tərəfindən insanların qayğısına qalmaq, diqqət və hörmətin ifadəsidir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov Prezident İlham Əliyevin iyunun 3-də Tərtər, Ağdam və Ağcabədi rayonlarına səfərləri barədə danışarkən deyib.
"Hər bir vətəndaş prezidentini, onun siyasətini dəstəkləyir, ona görə də dövlət başçısının ətrafındadır. İnsanlar ölkədə aparılan islahatları yüksək qiymətləndirir”,- deyə deputat əlavə edib.