Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun sentyabrın 16-da Strasburqda Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və Çex Respublikası parlamentinin sədri Yan Hamaçek ilə görüşləri olub.
sabahinfo.az xəbər verir ki, görüşlərdə ölkələrimiz arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.