Böyük maarifçi Əli bəy Hüseynzadə – 160” adlı videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin informasiya texnologiyaları mütəxəssisi Elnarə Qarayeva “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Azərbaycan yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, mütəfəkkir, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadənin 160 illiyi ilə əlaqədar videoçarx hazırladı.

 Videoçarxda Əli bəy Hüseynzadənin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında məlumat verilir. Qeyd olunur ki, Ə.Hüseynzadə Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin söhbətlərindən faydalanmış və zamanının ədəbi çevrəsini tanımışdı. O, "Kaspi", "Həyat" qəzetləri ilə əməkdaşlıq edirdi və bütün şüurlu ömrünü boyu ümumtürk mənəvi dəyərlərinin təbliğinə həsr etmişdir.

  Videoçarxda qeyd olunur ki, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Əli bəy Hüseynzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilməsi barədə də məlumat verilir.

Videoçarxın sonunda mütəfəkkirin bir sıra fəlsəfi fikirləri və əsərlərinin siyahısı verilir.

Videoçarxı Yasamal rayon MKS-nin YouTube kanalında izləmək olar:

https://www.youtube.com/watch?v=ZWwIsxhgrKk