Öz qardaşı ilə seks həyatı yaşayan kral arvadı



Fransa Kralı XV Luisin aşnası Madam La Pompadour. Əsl adı Janna Antonette Possondur. Fahişəliyi ona anası öyrədib. 23 yaşında ikən kralla görüşməyə başlayıb. Kralı ətrafına daha az gözəlçə yığmasının qarşısını almaq üçün yataqda müxtəlif fantaziyalar göstərib. Kral da onu çox sevirdi. Luis ondan ölənə qədər ayrıla bilməyib.

Madam Du Bari XV Luisin Pompadourdan sonrakı aşnası olub. Barinin ondan zəhləsi gedirdi. Bari rahib və bir papaqçının qeyri-qanuni övladı olub. Kral sarayına qədər Bari Parisdəki müxtəlif fahişəxanalarda "çalışıb”. Luis onu saraydakı adamlarından biri ilə evləndirir. Daha sonra onu uzaq əyalətlərə göndərir və Bari ömrünün sonuna kimi Luisin yataq yoldaşı olur. Kral öləndən sonra dövlət işlərinə qarışdığına görə saraydan qovulub. Saray əleyhinə üsynalara qarışdığı üşün başı "Gilyotin” altında kəsilib.

Anna Boleyn, İngiltərə kraliçası. VIII Henrinin ikinci arvadı və kraliça I Yelizavetanın anasıdır. Henrinin ən sevdiyi aşnası olub. Kral Anna ilə evlənmək üçün İngiltərənin Roma kilsəsindən asılılığına son qoyur və ölkədə Anqlikan kilsəsinin qurulması əmrini verir. Özünü kilsənin başçısı təyin edir və həyat yoldaşı Katrina Araqonu boşayır. Katolik inancına görə Tanrı hüzurunda evlənənlər boşana bilməzdilər. Daha sonra Anna Boleynlə evlənən kral onunla cəmisi 3 yaşadı. Həmin əsnada Anna Jan Seymura aşıq olur. 29 yaşlı fahişə bununla kifayətlənmir, o Ser Frensis Uiston, Henri Noris və öz qardaşı Corc Boleyn də daxil olmaqla 6 adamla zina edir. Bundan xəbər tutan kral onu London qülləsində edam etdirir.