Patrik Hikki Avropa Olimpiya Komitəsinin (AOK) və İrlandiya Milli Olimpiya Komitəsinin prezidenti səlahiyyətlərini müvəqqəti olaraq dondurub.
Sabahinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin rəsmi saytında bildirilir.
"Son hadisələr və səhhətinin pisləşməsi ilə əlaqədar Patrik Hikki müvəqqəti olaraq Avropa Olimpiya Komitəsi (AOK) və İrlandiya Milli Olimpiya Komitəsində (OCİ) səlahiyyətlərini dondurmaq barədə qərar alıb”, məlumatda deyilir.
Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Patrik Hikkini bu gün Rio-de-Janeyroda həbs edilib. O, Rio-2016-nın qanunsuz bilet satışına bağlılığı olduğu üçün saxlanılıb. Sonra özünü pis hiss edən AOK prezidenti xəstəxanaya aparılıb.
16:25
Avropa Olimpiya Komitəsinin (AOK) rəhbəri, Beynəlxalq Olimpiya Komitəsinin üzvü və İrlandiya Milli Olimpiya Komitəsinin prezidenti Patrik Hikki "Rio-2016”-ya qanunsuz bilet yayımına görə Braziliyada həbs edilib.
Sabahinfo.az ESPN-ə istinadən xəbər verir ki, onun saxlanılması populyar idman tədbirlərinə qanunsuz bilet satışı üzrə şəbəkə ilə əlaqədardır. Hikkiyə yaxın daha üç nəfər də saxlanılıb.