PKK-dan növbəti hücum: 3 ölü, 20 yaralı

Türkiyədə PKK terrorçuları Diyarbəkir şəhəri, Çınar rayonunda polis nəzarət-buraxılış məntəqəsinin qarşısında partlayış törədiblər.

Sabahinfo.az "Haberturk"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2-si polis olmaqla 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Partlayışdan sonra terrorçularla hərbçilər arasında silahlı atışma olub. Qeyd olunub ki, partlayış nəticəsində 5 metr dərinliyində, 10 metr genişliyində çuxur yaranıb.