Putin on birinci dəfə böyük mətbuat konfransı keçirdi - Video - Yenilənib

Rusiya prezidenti Vladimir Putin on birinci dəfə böyük mətbuat konfransıkeçirir.

Mətbuat konfransı Moskvanın Beynəlxalq Ticarət Mərkəzindəkeçirilir.

Mətbuat konfransında 1400 yerli və beynəlxalq jurnalist iştirak edir. Bu isə Putinin mətbuat konfransları tarixində rekord göstəricidir. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, jurnalistlər arasında Türkiyə KİV-inin nümayəndələri də var.

Vladimir Putin ilk dəfə 2001-ci ildə belə birformatdan istifadə etməyə qərar verib. İlk mətbuat konfransında 400 jurnalist iştirak edib. Putin 22 suala cavab verib.

***

Putinə ilk sual Rusiyanın 2016-cı il büdcəsi ilə bağlı olub. O, bildirib ki, enerjidaşıyıcısıların qiymətlərinin düşməsi ilə əlaqədar 2016-cı ildə dövlət büdcəsində dəyişikliklər ediləcək.

"Böhrandan çıxış üzrə əvvəlki proqnozlar neftin bir barelinin 100 dollar olmasına əsaslanırdı. Ancaq neftinindiki qiyməti kritik səviyyədədir. Sentyabr-oktyabr aylarında ümumi daxili məhsulun artımı 0,3-0,1 faiz təşkil edib, sənaye istehsalının kiçik artımı qeydə alınıb, xarici kapital axını əhəmiyyətli dərəcədə azalıb”, - Putin bildirib.

Prezident qeyd edib ki, Rusiya iqtisadiyyatı böhranın pik həddini keçib. Onun sözlərinə görə, neftin 50 dollar qiymətini 2016-cı il üçün optimist proqnoz hesab edir.

"Nazirlər Kabineti büdcə dəyişikliklərinə tələsməyəcək, amma hadisələrin inkişafının istənilən ssenarisinə hazırıq”, - Putin bildirib.

***

Putin Rusiyanın Su-24 təyyəsinin Türkiyə tərəfindən vurulmasını "düşmən aktı” adlandırıb.

"Rusiyaya xüsusilə toxunan o olub ki, Türkiyə daha əvvəllər həssas məsələlərlə bağlıMoskvaya müraciət edirdi. Ancaq bu məsələ ilə bağlı bir dəfə də zəng olmayıb. Türkmənlər bizim üçün də əzizidir. Türkmənistandayaşayırlar. Amma Suriyada, sözügedən bölgədə yaşayanların kimliyi bəlli deyil. Türkiyə də bu məsələ ilə bağlı əvvəllər bir dəfə də olsun məsələ qaldırmayıb. Bununla bağlı bizə bir söz deyilməyib”, - Putin bildirib.

***

Rusiya prezidenti Vladimir Putin bü gün keçirilən mətbuat konfransı zamanı Türkiyə rəhbərliyinin ünvanına təhqiramiz ifadə işlədib.

Rusiya prezidenti rus təyyarəsinin vurulması barədə danışarkən Amerika-Türkiyə münasibətlərinə də toxunub və Türkiyə rəhbərliyinin ünvanına etikadan kənar (ifadənin həddən artıq təhqiramiz olduğunu nəzərə alaraq, dərc etmirik – red.) ifadə işlədib.

***

"Türkiyə Suriyanın hava məkanını davamlı şəkildə pozdu. İndi istəsə, bunu yenidən etsin. Suriyada artıq hava hücumundan müdafiə sistemi var”, - Putin deyib.

Putin Suriyada əməliyyatların davam etdiriləcəyini bildirib. O deyib ki, Rusiya bir təyyarənin vurulması ilə regiondan gedəcək ölkə deyil."Türkiyənin hazırkı rəhbərliyi ilə Rusiyanın razılaşması mümkün deyil.Türkiyə qarşıya qoyduğu hədəflərə çatmadı, əksinə, vəziyyəti daha da ağırlaşdırdı",-Rusiya prezidenti bildirib.

"Hesab edirəm ki, Ankara ABŞ və Avropa Birliyinəmüsəlman olduğunu göstərdi. Türkiyə İslam mövhumatına sürüklənir. Yəqin ki, indi Atatürk qəbirdə çevrilir”, - Putin əlavə edib.

***

Suriya prezidenti Bəşər Əsədin gələcək taleyinə toxunan Putin bildirib ki, Suriyaya kimin rəhbərlik edəcəyini yalnız onun xalqı müəyyən edəcək. Oqeyd edib ki, Suriya ordusuna dəstək lazım olduğu müddətdə Rusiya Suriyada hərbi əməliyyatları həyata keçirəcək.

Putinin sözlərinə görə, bütovlükdə BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin hazırlığı üzrə ABŞ-ın təşəbbüsünü dəstəkləyir.

"Bizdə plan varmı? Əlbəttə, var. Nə qədər qəribə görünsə də, bu plan prinsip etibarilə ABŞ tərəfindən təklif edilən plana uyğun gəlir. Suriya konstitusiyası üzərində birgə iş, seçkilərdən əvvəl nəzarət mexanizmlərinin yaradılması, seçkilərin keçirilməsi və onların nəticələrinin tanınması”, - Putin deyib.

Ovurğulayıb ki, güzəştlər hər iki tərəfdən olmalıdır.

***

Rusiya-Gürcüstan münasibətləri barədə suala cavab verən Putin Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduqlarını deyib: "Gürcüstanla münasibətləri biz pozmadıq, münasibətləri bərpa etməyə hazırıq”.

Rusiya prezidenti Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru təyin olunmasını Ukrayna xalqına tüpürülməsi kimi qiymətləndirib.

***

Putin Rusiyanın ABŞ-la münasibətləri inkişaf etdirmək istədiyini bildirib: "Rusiya amerikalıların seçəcəyi istənilən prezidentlə işləməyə hazırdır”.

Rusiya prezidenti qadın jurnalistlərdən birinin "Siz əla idman formasındasınız”komplimentinə zarafatla cavab verib: "Doppinqsiz olduğunu vurğulayacağam”.

***

Rusiya prezidentiqızlarının məşğuliyyəti haqqında suala natamam cavab verib. Onların Rusiyada yaşadıqlarını və yalnız Rusiya ali təhsil müəssisələrində oxuduqlarını deyən Putin qızlarının biznes və siyasətlə məşğul olmadıqlarını qeyd edib.

Qızların konkret olaraq nə ilə məşğul olmasına gəlincə, Vladimir Putin təhlükəsizlik məsələsini əsas gətirərək, bu barədə danışmayıb. "Onlar çox ləyaqətli şəkildə sadəcə öz həyatlarını yaşayırlar”.

***

Putin "Türk axını” qaz kəməri layihəsinin gələcəyi haqqında danışıb. Prezident layihənin Rusiyadan asılı olmadığını, Avropa Komissiyasının zəmanətinin lazım olduğunu deyib.

"Akkuyu” Atom Elektrik Stansiyası layihəsinin icrasının davam etdirilməsinə gəlincə, Putin qeyd edib ki, məsələ korporativ səviyyədə həll edilməlidir.

Rusiya lideri Səudiyyə Ərəbistanın rəhbərliyi altında yaradılan anti-terror koalisiyasını şərh edib. Putin Moskva və Ər-Riyadın Suriya məsələsinə müxtəlif yanaşmalar, həmçinin ümumi elementlərin olduğunu deyib. O, bildirib ki, İŞİD-ə qarşı yaradılan yeni koalisiyaya olan ehtiyacı anlamır.

"Baxmayaraq ki, Türkiyə də koalisiyaya daxildir, düşünmürəm ki, islam koalisiyası anti-Rusiya xarakteri daşıyacaq”, - Kreml lideri söyləyib.

***

Putinin mətbuat konfransı başa çatdı. 3 saat 10 dəqiqə canlı yayımla davam edən brifinqdə Rusiya Prezidenti 30 jurnalistin sualını cavablandırıb.

Publika.az