Oktyabrın 18-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ”–"Atletiko” görüşünü izləyəcək biletli tamaşaçıların ödənişsiz daşınması həyata keçirilməyəcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə Modern.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
M.Ağayev qeyd edib ki, oyun günü Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən marşrut xətlərinin işinə nəzarəti gücləndirəcək:
"Xüsusi ekspress avtobusların ayrılması isə nəzərdə tutulmayıb”.
"Qarabağ” - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq
Qeyd edək ki, sentyabrın 27-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ”–"Roma” görüşünü izləyən biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ödənişsiz həyata keçirilmişdi.