Qarabağda erməni əsgər yaralandı

Qarabağda bir erməni hərbçi yaralanıb.sabahinfo.az saytı ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ötən gecə cəbhə xəttindəki atışma nəticəsində 1997-ci il təvəllüdlü Ovanes Qasparyan güllə yarası alıb.

Məlumata görə, hadisə ötən gecə saat 00.40-da cəbhənin cənub istiqamətində baş verib.