Bu gün Qarabağ klubunda yarımmüdafiəçi kimi çıxış edən haitili futbolçu Donald Gerryenin qızı dünyasını dəyişib.
Modern.azsaytının xəbərinə görə, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Gerrye 6 iyul 2017-ci ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qarabağ” klubu ilə iki illik müqavilə imzalayıb.
Vild-Donald Gerye Qarabağ klubu ilə debütünü 11 iyul 2017-ci ildə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Samtredia klubuna qarşı oyunda edib.
O, ikinci hissədə oyuna daxil olub və 83-cü dəqiqədə qolla yadda qalıb. Həmin görüşdə "Qarabağ” rəqibinə 5-0 hesabı ilə qalib gəlib