Bayramqabağı süni qiymət artımının qarşısı alınacaq, rayonlara gediş-gəliş üçün əlavə avtobuslar xəttə buraxılacaq. Bu barədə Bakı Beynəlxalq Avtovağzalından bildirilib.
Sərnişinlərə xəbərdarlıq edilib ki, bayramda rayonlara getmək istəyən sərnişinlər öncədən biletlərini almalıdırlar:
"Rayona getmək istəyənlər biletlərini vaxtında alsınlar. Kim ki, biletini vaxtında alıb, onlar üçün heç bir problem olamayacaq. Problemi olanlar bilet almayanlardır.”.
Avtovağzaldan onu da bildirdilər ki, bayram günlərində sıxlıq çox olarsa xəttə əlavə maşrutlar qoşulacaq.