Dünyanı cənginə alan və gündəm
mövzusu olan koronavirusla mübarizə sahəsində Azərbaycan təcrübəsi həm yerlərdə
həm də beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Ölkə miqyasında həyata
keçirilən işləri hər bir ölkə vətəndaşı bilir, bu işlərdən agahdır və ən
azından bu tədbirlərdən yayalanıb. Bu gün regionlarda koronavirusla bağlı işlər
isə cəmiyyətin diqqət mərkəzində olan məsələdir. Şimalda yerləşən Quba
rayonunda bu istiqamətdə görülən işlərlə bağlı kiçik araşdırma apardıq.
Araşdırma zamanı məlum oldu ki, Qubada bu istiqamətdə həyata keçirilən işlər
davamlı və planla həyata keçirilir.
İcra Hakimiyyəti kollektivindən
Prezidentin çağırışına dəstək
İlk
öncə onu qeyd edim ki, Quba
Rayon İcra Hakimiyyətinin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna
ianə etmək təşəbbüsünə qoşulublar. İcra Hakimiyyətindən verilən məlumata
görə, aparatın əməkdaşları koronavirus (COVID-19) infeksiyasının ölkə
ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış
situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə
Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam
dəstəyini ifadə ediblər. Quba Rayon İcra Hakimiyyətinin başçısı və aparatının
əməkdaşları bir aylıq əməkhaqqını könüllü şəkildə Koronavirusla Mübarizəyə
Dəstək Fonduna köçürüb.
Rayonun
hər bir vətəndaşı dioqqət mərkəzində
Bütün dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasına qarşı
mübarizə, xüsusi karantin rejiminin tələblərinə əməl olunması və bu dövrdə
aztəminatlı vətəndaşlara köməklik göstərilməsi istiqamətində Quba rayonunda da
geniş miqyaslı kompleks tədbirlər həyata keçirilməkdədir. Belə ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin ölkəmizdə koronavirus xəstəliyinin
yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq
olunması barədə müvafiq qərarının tələblərinin rayonda əhatəli qaydada icrası
məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə rayon qərargahı
yaradılmışdır. Xüsusi karantin rejminin tələblərinin əhali arasında geniş
təbliğ olunması məqsədilə mobil qruplar yaradılmış, Rayon İcra Hakimiyyətinin
başçısı Ziyəddin Əliyev, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının
əməkdaşları və digər aidiyyəti şəxslər tərəfindən müvafiq qaydaların əhaliyə
düzgün çatdırılması məqsədilə gündəlik maarifləndirmə və izahat işləri
aparılmış, rayon sakinlərinin evdə qalmaları ilə bağlı bütün zəruri tədbirlər
həyata keçirilmişdir.
Bu dövrdə rayonumuzda həyata keçirilən tədbirlərdə könüllülər
yaxından iştirak etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Biz
birlikdə güclüyük” çağırışına qoşularaq minlərlə aztəminatlı ailələrin, şəhid
ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkilmiş onlara
Heydər Əliyev Fondu, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai
Birliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, "ASAN Könüllüləri"
Təşkilatının, Quba Gənclərin İnkişaf və Karyera mərkəzinin eləcə də bir
sıra digər təşkilatların və xeyriyyəçilərin xətti ilə könüllülər tərəfindən
yardımlar göstərilmiş və hazırda da xeyriyyəçilik aksiyaları davam etməkdədir.
24 aprel 2020-ci il tarixdə Milli Hematologiya və
Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankının Quba bölməsində "Könüllü donor”
aksiyası çerçivəsində könüllü qanvermə aksiyası keçirilmiş, aksiyada Rayon İcra
Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon ictimaiyyətinin nümayəndələri və
könüllülər iştirak etmişlər.
6 və 8 may 2020-ci il tarixlərdə Xüsusi karantin rejiminin
tələblərinə uyğun olaraq ahıl yaşda olan Böyük Vətən müharibəsi veteranları
Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Heydər Əliyev Fondunun
Regional İnkişaf İctimai Birliyinin könüllüləri tərəfindən ziyarət edilmişdir.
"Böyüklərimizi qoruyaq!” devizi altında rayonumuzun
könüllüləri onlarla tənha ahılların yaşadığı ünvanlara baş çəkmiş, onlara
müxtəlif ərzaq və gündəlik təlabat məhsllarından ibarət bağlamaların
çatdırılmasında kömək göstərmişlər.
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin
nəzdində yaradılmış "Könüllülər” teatrı tərəfindən karantin dövründə onlayn
tamaşalara hazırlıqlar aparılmışdır. Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi tərəfindən pandemiya dövründə elan olunmuş "Evdə qal, evdə yarat”,
"Evdə qal, kitab oxu” və s. layihələri çərçivəsində Quba rayon Mərkəzləşmiş
kitabxana sisteminin könüllüləri sosial şəbəkələrdə oxucuları həmin layihələrdə
fəal iştirak etməyə dəvət etmişlər.
Xüsusi karantin rejimi dövründə Rayon İcra Hakimiyyəti, o
cümlədən müxtəlif təşkilatlar və könüllülər tərəfindən əhalinin sıx toplaşdığı
ərazilərdə maarifləndirmə işləri aparılır, pulsuz antiseptik vasitələr və
qoruyucu tibbi maskalar paylanılır.
Ədil Ədilzadə
SABAHİNFO.AZ saytının baş
direktoru