Tarixdə hər birinin öz yeri olan dahi şəxsiyyətlərimizin istər dövlətçilik ənənələrimizin
yaradılması və inkişafı, istərsə də Azərbaycan mədəniyyətinin intibahı ilə bağlı misilsiz xidmətləri fəxr və
qürur istinadgahımızdır. Amma bu dahilərimizin içərisində xalqın Ümummilli lideri zirvəsinə çatan
yalnız bir nəfər var ki, o da Heydər Əliyevdir. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli
şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə
çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrinin ən davamlı keyfiyyətlərinin canlı
mənzərəsidir. Heydər Əliyev böyük siyasi xadim, xalqın şəksiz lideri kimi hələ sağlığında canlı əfsanəyə
çevrilmişdi. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, dünyanın məşhur dövlət
xadimləri onun haqqında heyranlıqla söhbət açmışlar. Heydər Əliyevi Corc Vaşinqton, Franklin Ruzvelt,
Uinston Çörçill, Mustafa Kamal Atatürk, Şarl de Qoll, Konrad Adenauer kimi məşhur şəxsiyyətlərlə
müqayisə edənlər, siyasət nəhəngi, dünya siyasətinin patriarxı, siyasət şahmatının ustası, virtioz
adlandıranlar heç də yanılmırlar. Çünki o, həqiqətən dahi şəxsiyyət idi.
Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə xalqımızın dünəni, bu
günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası
Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. SSRİ dövlət təhlükəsizlik
sistemində sıravi işçidən rəhbər vəzifəyə kimi yüksəlmiş ilk azərbaycanlı olan Heydər Əliyev sovet rejiminin
ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqlan üçün mümkün olan
bütün işləri gördü. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbimədəni
inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan ittifaq tərkibində o zaman
üçün müasir iqtisadi potensiala malik respublikaya çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci
illərindən elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın
qurulması, yeni tarixinin əsasının qoyulması labüd idi. Xalqımızın dahi oğlunun sovet dövründə Azərbaycan
üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca
dayaqlarını təşkil etdi.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız
möhkəm siyasi iradəsi olan bir rəhbər ölkənin başı üstünü almış bütün təhlükələrdən qurtarmaq, dövlət
müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. 1993-cü ildə AXC-Müsavat
cütlüyünün dövlət idarəçiliyindəki kobud səhvlərinin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik
həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın itirildiyi, bir sözlə,
Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın Ümummilli lider Heydər
Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri,
Gəncədə başlamış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız o böyük
insan aradan qaldıra bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın tələbi Bakıya - ölkə rəhbərliyinə
Heydər Əliyevin gəlməsi idi. Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz
qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ
kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi. O ağır günlərdə ölkəni
ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə bütün Azərbaycan xalqı qəlbən inanırdı. Heydər Əliyev də çox
gözəl bilirdi ki, o ağır, qarışıq günlərdə özünü qabağa verməsə, kövrək olan müstəqillik əldən gedəcək,
dövlətçilik məhv olacaq, xalq isə didərgin düşəcək. Ulu öndərin böyüklüyü həm də onda idi ki, hakimiyyətin
ona qarşı həyata keçirdiyi təxribatları, qarayaxma kampaniyasını bir kənara qoyub o ağır və keşməkeşli
günlərdə xalqın köməyinə tələsdi. Ulu öndər Heydər Əliyev sonralar həmin vaxtları xatırlayaraq deyirdi: "1993-
cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar
ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü... Vaxtilə məni təqib edən, Naxçıvanda məni
devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və
mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif
təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi
ilə qarşılandı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul
etməyən Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə yerində tanış olmaq üçün ora yola düşdü, döyüş 291
meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi.
Heydər Əliyevin bu müdrik addımı xalqda gələcəyə bir inam yaratdı.
Dövlətçiliyimizə qənim kəsilən dairələrin xaos yaradıb Azərbaycanı parçalamaq planları puça çıxdı.
Xalqın böyük inam bəslədiyi Heydər Əliyevin ətrafında birləşməsi Azərbaycan dövlətçiliyinin və xalqının
qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi.
Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin Sədri kimi Azərbaycan xalqının
tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab
etdiyini bildirdi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə
dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq
əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən
proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki,
ömrümün sonrakı hissəsini harada olursa olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət
kimi inkişaf etməsinə həsr edəcəyəm".
Heydər Əliyevin ölkənin ali qanunverici orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi.
Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin yeni şanlı bir səhifəsinin başlanğıcı oldu. 15 iyun tarixə
Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli
Qurtuluş Günü elan etdi. Azərbaycanın işıqlı gələcəyinin təməli qoyulduğu 15 iyun haqlı olaraq əsl qurtuluş,
xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi ən müasir tariximizə
qızıl hərflərlə yazıldı. Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz və qiymətli tutur, hər il böyük
sevinc və fərəh hissi ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə Ümummilli lider Heydər Əliyevdir.
Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək
təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Milli Qurtuluş yeni, yüksək
intibaha açılan qapı kimi tariximizi şərəfləndirdi. Ulu öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik
istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir
dövlətə çevrildi.
Heydər Əliyev də özünün fəaliyyəti, tarixin gedişinə güclü təsir göstərən əzəməti və qüdrəti ilə 1993-cü
ilin iyununda bir daha sübuta yetirdi ki, dövründən asılı olmayaraq, tarixin həqiqi yaradıcısı məhz nəhəng
şəxsiyyətlərdir. Onun tarixi qayıdışı obyektiv zərurət, sosial sifariş, xalqın istək və arzularının ifadəsi idi.
1993-cü ilin iyun ayından ölkədəki vəziyyətin nəzarət altına alınmasına nail olan Heydər Əliyevin
həmin il oktyabrın 3-də Prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyini gözləyən faciələrin qarşısı alındı.
Prezident seçkiləri ərəfəsində Ali Sovetin Sədri kimi həm də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata
keçirən Heydər Əliyev öz seçkiqabağı proqramında belə bəyan edirdi: "Azərbaycan Respublikasında
demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt
totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm
sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması
bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri
olmalıdır... Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün
Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə
yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya
yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur". Bu, həm də
Azərbaycan dövlətçiliyinin yaşayacağına və möhkəmlənəcəyinə bir əminlik idi.
Artıq o günlərdən 17 il ötür. Aradan keçən bu illər təkcə sözügedən qayıdışa bəslənən ümidlərin özünü
doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın gələcək inkişafının etibarlı bünövrəsi qoyuldu. Heydər
Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yetirə yetirdi. Eyni zamanda, Azərbaycanın indiki
sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar da öz başlanğıcını milli
qurtuluşdan götürdü. 1993-cü ildən sonra cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər, bütün sahələrdə
inkişafa doğru dönüş yaradılması həqiqətən də ölkəmizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və
qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etməsindən xəbər verirdi. O siyasətçidən ki, üzləşdiyi çətinliklərə,
maneələrə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsi
təhlükəsindən qurtardı. Heydər Əliyevin Prezident seçilməsi isə Azərbaycanda tamamilə yeni bir ictimai-siyasi
münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət, ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən
proseslərin start götürməsinə səbəb oldu, xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi,
292
dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu. Azərbaycan yalnız Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi.
Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdən təcrid olunmaq
təhlükəsindən sovuşdu, dünya dövlətləri arasında özünə layiqli yer qazandı, ölkənin ictimai-siyasi, sosialiqtisadi,
elmi-mədəni həyatında dönüş yarandı, sivil və hüquqi dövlət quruculuğunun əsası qoyuldu. Ölüm
hökmü və senzura ləğv edildi, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, milli-mənəvi
sərvətlərimizə - dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.
Ulu öndərin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik
konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə
birləşdirən yeni inkişaf modeli kimi özünü doğrultmuşdur. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu
modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən
öncə insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndərimiz
özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi
reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün
deyil. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən
xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.
Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi
inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını göstərmişdir.
Ümummilli liderimiz mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan
azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürmüş və həyata keçirmişdir.
XX əsrin sonlarında Azərbaycan-da dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi,
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik
iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və
zəngin siyasi fəaliyyəti sayəsində mümkün oldu. Heydər Əliyev öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə
tariximizdə əbədiyaşarlıq qazandı. Ölkəmizin inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər
müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq
olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir. Zəmanəmizin ən görkəmli siyasi xadimi
uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə,
müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın Ümummilli liderinə çevrildi.
Heydər Əliyev xalqımızın qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu
gələcəyimizin təməlini qoyan millət atasıdır. Müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar Ümummilli
liderimiz Heydər Əliyevin fəaliyyətinin şah əsərləridir. Ulu öndərimiz qeyd edirdi: "Yaratdığım hər bir şey
mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da - hər
bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır". Bu
müqəddəs amala bütün həyatı boyu sadiq qalan Heydər Əliyev elə böyük vətənpərvər, müdrik dövlət xadimi idi
ki, xalqının və dövlətinin müqəddəratını yalnız qısa dövr üçün düşünmürdü. Bütün parametrlərə görə haqlı
olaraq dünyanın ən böyük azərbaycanlısı adını daşımağa layiq olan Heydər Əliyev Azərbaycanın
nailiyyətlərinin, zəfərlərinin sonrakı onilliklərdə də davam etməsi, müəllifi olduğu milli inkişaf strategiyasının
bəhrələrinin gələcək nəsillər üçün də daha əlamətdar olması naminə fədakarlıqla çalışmışdır.
Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli varisi -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cənab İlham Əliyevin
siyasi xəttinin bir neçə aspektinə diqqət yetirməklə onun Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli
maraqların müdafiəsinə və iqtisadiyyatın inkişaf etdiril-məsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk
növbədə Prezident İlham Əliyev Ulu öndərin başladığı neft strategiyasını uğurla davam etdirdi. Bakı-TbilisiCeyhan
və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması ilə Prezident İlham Əliyev
Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin
çəkilişinin başlanması isə regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə
iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Bütün bunlar həm də Azərbaycanın
iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika
iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Uğurlu
siyasət, bütün sahələrdə qazanılan nailiyyətlər həm də Azərbaycanın beynəlxalq imicini daha da gücləndirib.
Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini aydın görən xalqımız bu
siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş
ölkələri sırasında layiqli yer tutmasına nail olmağı Ulu öndərin ruhu qarşısında mənəvi borc sayır. Heydər 293
Əliyevin xilas etdiyi Azərbaycan Ulu öndərin ideyalarından güc alaraq bu gün gələcəyə doğru inamla
addımlayır.
Eldar Yunusov
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri
Eldar Yunusov
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri