Qürurumuz Azərbaycan Əsgəri

26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü Münasibətilə Azərbaycan Prezidenti Cənab İlham Əliyev Mingəçevir şəhərində "N"saylı hərbi hissədə çıxışında ordumuzu fəxrlə alqışladı.Azərbaycan Ordusu bu gün müasir hərbi texnika ilə silah,sursatla təmin olunmuşdur.Hərbi sənayenin yaradılmasının mühüm rolu,ordumuzun dünyanın ən güclü ordular sırasında yer alması,qarşısında qoyulan hər bir vəzifəni yerinə yetirmək gücünə malik olduğunu ordumuz 04 Aprel döyüşlərində sübut etdi.Aprel döyüşlərində və Qarabağ müharibəsində canlarını vətən üçün qurban verən Şəhidlərimizi xalq hörmətlə anır.Şəhidlərimizin ailə üzvlərinə dövlət qayğısı,sosial dəstək ən yüksək səviyyədə həyata keçirilir.Şəhidlərimiz baş tacımızdır.Azərbaycan əsgəri öz qəhrəmanlarından örnək götürür.Azərbaycan Ordusunun yüksək hərbi təhsil almış zabitləri və hazırlıqlı əsgər heyəti ,qüdrətli ordumuzun formalaşması bu gün Güclü Azərbaycan Ordusunun Dünyada Qüdrətini Sübut edir.Azərbaycan əsgərinə dövlət tərəfindən verilən dəyər,hərbiçilərimizin şəxsi heyətinin təminatı məsələlərinin yüksək səviyyədə həll olunması,sosial müdafiəsinin gücləndirilməsi,müasir Azərbaycan ordu quruculuğu,bu istiqamətdə Azərbaycan standartlarının yaradılmasının və tədbiqinin uğurlu nəticəsidir.Bu gün Orduda vətənpərvərlik sevgisi və ideoloji hazırlıq yüksək səviyyədədir.

Azərbaycanın Qüdrətli Ordusu,vətənpərvər zabit və əsgər heyəti Qarabağımızda Şanlı Bayrağımızı Dalğalandıracaq.
Yaşasın Qüdrətli Azərbaycan Ordusu

Zülfiyyə Nağıyeva
Tərtər rayonun sosial-iqtisadi və kənd təsərüfatının
inkişafına dəstək ictimayi birliyi-sədri