30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 28-də saxlanılan 3 şəxsə baş çəkilib.
Sabahinfo.az xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, saxlanılanlarla təkbətək görüş keçirilib və onlara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb.