Artıq bir neçə ildir ki, mübarək Ramazan ayı bir sıra ölkələrdə olduğu kimi, vətənimizdə də yay aylarına təsadüf edir.
Belə olan halda oruc tutmaq bir az da çətinləşir. Buna həm havanın daha isti olması, həm də günün daha uzun olması təsir edir. Qarşılamağa hazırlaşdığımız Ramazan ayının isə iyun-iyul ayına təsadüf edəcəyindən, bu il oruc tutmaqla bağlı narahatlıq bir az da artır. Bunu nəzərə alan "Deyerler.org" bu mövzuda vətəndaşlarımıza xeyirli ola biləcək məlumatları mütəmadi dərc edir.
sabahinfo.az deyerler.org-a istinadən bildirir ki, Türkiyənin Memorial Xəstəxanası isti havada oruc tutmaqla bağlı araşdırma təqdim edib. Xəstəxananın Qidalanma şöbəsinin həkimi Yeşim Çelik müsəlmanlara məsləhətlər verib. Onlardan ən önəmlilərini diqqətinizə çatdırırıq:
- oruc tutan insalar mütləq imsaq etsinlər. Havanın isti olması iştahanın azalmasına səbəb olur, amma sübh vaxtı qidalanmaq çox önəmlidir;
- oruc tutarkən yumurta yeyin və süd için. Çünki yumurtada kalori miqdarı çoxdur və yumurta insanı daha uzun müddət tox saxlayır. Süd isə insanın həm maye ehtiyacını, həm də qida ehtiyacını ödəmək xüsusiyyətinə malikdir;
- oruc tutuanlar imsaq vaxtı 2-3 ədəd qoz yesə, bu, onları daha çox tox saxlayar;
- imsaq vaxtı meyvə ilə qidalanmaq çox önəmlidir. Xüsusən də sulu meyvələr insanın gün ərzində suzuluğunun qarşısını almağa kömək edər. Bunlara əsasən qarpız, yemiş, üzüm, şaftalı kimi meyvələr daxildir;
- əksər insanların birldiyi bir qanun var ki, iftar vaxtı birdən-birə çoxlu qida qəbul etmək olmaz. Onun əvəzinə bir dilim çörəklə sulu bir xörək yemək sağlamlıq baxımından daha faydalıdır. Bundan yalnız 15-20 dəqiqə sonra qidalanmağa davam etmək olar. Əks təqdirdə təzyiqin qalxması və mədə ağrıları yarana bilər;