Ramazan ayının sonuncu gününün duası və təqvimi

"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et!”

sabahinfo.az müqəddəs Ramazan ayının sonuncu 29-cu gününün təqvimi və duasını təqdim edir. 

29 ramazan 1437 – 3 iyul 2016

İmsaq: 03:15
İftar: 20:31

29-ci günün duası:

"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”.

Tərcüməsi:

"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”.

Allah orucunuzu qəbul etsin!