"Prezidentin yanında İctimai Palatanın (ya da Məsləhət Şurası) yaradılması
təklifini vermişdik və bu gün də qüvvədədir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının
(AXCP) sədri Razi Nurullayev hökumətə təkliflə müraciət edib. Sədr qeyd edib
ki, təklif olunan "İctimai Palata”nın tətbiq edilməsi mövcud sosial-iqtisadi,
eləcə də siyasi böhrandan çıxmaq üçün olduqca vacibdir:
"Prezident yanında siyasi partiyaların, QHT-lərin, nüfuzlu
ictimai-siyasi xadimlərin iştirakı ilə formalaşdırılan "Məsləhət Şurası”nın
yaradılması prezidentin də informasiya blokadasından çıxarılmasına və bir çox
problemli siyasi, sosial və iqtisadi məsələlərin həllində olan inhisarı aradan
qaldırmış olar. Rusiyada bu təcrübə var və həmin təcrübənin öyrənilərək tətbiq
edilməsində də fayda var.
Prezident yanında
müxtəlif qurumlar yaradılır və demək olar ki, eyni adamlar və yaxud eyni
qurumların eyni və ya fərqli adamları təmsil olunurlar. Bu cür yanaşmanın fayda
gətirəcəyinə böyük şübhələrim var. Fərqli
fikir, fərqli düşüncə və fərqli yanaşma tərzinə malik insanların iştirakı
vacibdir. Etiraz edən, fərqli konsepsiya irəli sürən və hər şeylə razılaşmayan
beyinlərə ehtiyac var. Sovet dövründə olduğu kimi, bir ağızdan qatığa qara deyənlər
nəsli yetişdirilir.
Ölkənin gələcəyini
düşünmək və vəziyyətdən çıxış yollarını tapmaq üçün Prezidentin yanında "İctimai Palata”nın
(ya da Məsləhət Şurası) yaradılmasına hakim elitanın qulaq verməsini istəyirik”.