Reanimasiyaya yerləşdirilən Səyyad Əlizadənin SON DURUMU

Gecəyarısı halı pisləşən və təcili yardım maşını ilə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə yerləşdirilən Səyyad Əlizadə hələ də reanimasiyadadır.

Publika.az müğənni ilə əlaqə saxlayıb. Vəziyyətinin yaxşılaşdığını deyən Səyyad Əlizadə sabah evə buraxılacağını deyib: "Dünən soyuqlamışdım, qulunclarım ağrıdı, sonra da qarın boşluğumda ağrılarım oldu. Həkim çağırdıq, xəstəxanaya apardılar. İndi yaxşıyam. Həkimlər sağ olsunlar, indi özümü yaxşı hiss edirəm. Mənə görə narahat olan insanlara təşəkkür edirəm".

Müğənni ürək-damar sistemində heç bir problem olmadığını deyib.