Müğənni Rəqsanə İsmayılovanın 100 min manat pulu hara xərclədiyi məlum olub.Lent.az-a açıqlama verən ifaçı bildirib ki, külli miqdarda məbləği aparıcılıq edəcəyi "Göz önündə” veriliş üçün xərcləyib. O bildirib ki, elə canlı efirdə ürəyinin getməsinin səbəbi də bu verilişin gərgin iş qrafiki olub: "Artıq xeyli müddətdir ki, bu layihəyə başım qarışıb. İstirahət etməyə belə vaxtım yoxdur. Gərgin iş qrafikində çalışırıq. Elə buna görə də canlı efirdə halım pisləşdi. Çünki dincəlməyə vaxtım yox idi. Çox yüklənmişdim. Şükür olsun ki, indi özümü yaxşı hiss edirəm. İstədim özümü aparıcı kimi də sınayam. Bu ampluada da uğur qazanacağıma əminəm. ”Göz önündə” verilişində insanların problemlərini dinləyib, onlara yardım edəcəyik. Bu layihədə yardıma ehtiyacı olan insanların üzü güləcək.