Dünyaca məşhur müğənni Rihanna və repçi Cey Z-ni məhkəməyə verilib.
sabahinfo.az xəbər verir ki, iddiaya görə, Rihanna Nigeriyada konsert vermək üçün 2013-cü ildə Kris Ubosidən 163 min dollar avans alıb və daha sonra konsert verməkdən imtina edib. Buna görə də Kris Ubosi onları məhkəməyə verib.
İki məşhurun vəkili isə nə Rihannanın, nə də Cey Z-nin bu konsert məsələsindən xəbərləri olduğunu bildirib. Vəkil menecer Kris Ubosinin şər atmaq yolu ilə onlardan pul qoparmağa cəhd etdiyini bildirib.
Qeyd edək ki, Cey Z məşhur müğənni Beyonsun həyat yoldaşıdır.