O, yalnız gürcüstanlı Zaza Nadiradzedən 0,152 saniyə geri qalaraq yürüşü ikinci pillədə başa vurub.
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenko yarımfinal yürüşünə çıxıb.
Sabahinfo.az xəbər verir ki, 33 yaşlı idmançı finişə 40,298 saniyəyə çatıb.
O, yalnız gürcüstanlı Zaza Nadiradzedən 0,152 saniyə geri qalaraq yürüşü ikinci pillədə başa vurub.
Finalda Demyanenkonun rəqibləri Nadiradze ilə yanaşı, digər yarımfinal yürüşlərinin qalibləri - braziliyalı İsakias Keyruş dos Santos (39,659), Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor (40,394), eləcə də ispaniyalı Alfonso Benavides Lopes de Ayala (40,038), fransalı Tomas Simar (40,670), çinli Qianq Li (40,066) və çexiyalı Martin Fuksa (40,311) olacaq.
17:21
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenko mübarizəyə başlayıb.
Sabahinfo.az xəbər verir ki, 33 yaşlı idmançı 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə bütün rəqiblərini qabaqlayaraq finişə 39,749 saniyəyə çatıb.
Nəticədə o, yürüşün qalibi olub. Onun növbəti yürüşü saat 17:42-də başlanacaq.