Rio-2016: Dünya çempionumuz mübarizəni dayandırdı

Avqustun 17-də "Rio-2016” Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu dünya çempionu Elvin Məmişzadə (52 kq) ikinci görüşünə çıxıb.

Sabahinfo.az xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində özbəkistanlı Şaxobidin Zoirovla üz-üzə gəlib.

Rəqibinə hər üç raundda məğlub olan idmançımız Olimpiadada çıxışını medalsız başa vurub.

Qeyd edək ki, boks yığmamızın iki üzvü Lorenzo Sotomayor (64 kq) və Kamran Şahsuvarlı (75 kq) yarımfinala vəsiqə qazanaraq ən azı bürünc medalı təmin ediblər.