Rio-2016: Mariya Stadnik finalda! – YENİLƏNİB

Azərbaycanı "Rio-2016”-da təmsil edən qadın güləşçi Mariya StadnikYay Olimpiya Oyunlarının final mərhələsinə yüksəlib.

Sabahinfo.az xəbər verir ki, təmsilçimiz 1/2 finalda bolqarıstanlı Elitsa Atanasova Yankova üzrəində təmiz qələbə qazanıb.

19:20

Azərbaycanı "Rio-2016”-da təmsil edən qadın güləşçi Mariya StadnikYay Olimpiya Oyunlarının yarımfinal mərhələsinə yüksəlib.

Sabahinfo.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda polşalı Nina İvona Matkovskanı 10:0 hesabı ilə məğlub edib.

Növbəti mərhələdə M.Stadnikin rəqibi Elitsa Atanasova Yankova(Bolqarıstan) olacaq.

18:20

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik mübarizəyə başlayıb.

Sabahinfo.az xəbər verir ki, ukraynalı legioner 1/8 finala təsadüf edən ilk görüşündə argentinalı Patrisia Alexandra Bermudeslə üz-üzə gəlib.

Görüş Stadnikin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 10:0.

1/4 finalda onun rəqibi polşalı Nina İvona Matkovska olacaq.