Rio-2016: Mariya Stadnik qələbə ilə başlayıb

1/4 finalda onun rəqibi polşalı Nina İvona Matkovska olacaq.

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik mübarizəyə başlayıb.

Sabahinfo.az xəbər verir ki, ukraynalı legioner 1/8 finala təsadüf edən ilk görüşündə argentinalı Patrisia Alexandra Bermudeslə üz-üzə gəlib.

Görüş Stadnikin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 10:0.

1/4 finalda onun rəqibi polşalı Nina İvona Matkovska olacaq.