Rio-2016: Radik İsayev 1/4 finalda!

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində  son olaraq Radik İsayev dayanq üzərinə çıxıb.

 

+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.

 

Təmsilçimiz 1/4 finalda Arman-Marşal Silla (Belarus) - Dongmin Ça (Cənubi Koreya) cütünün qalibi ilə gücünü yoxlayacaq.

 

Qeyd edək ki, çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.