Rio-2016: Taekvondo yığmamızdan növbəti medal!

Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.

 

APA-nın məlumatına görə, Azərbaycanı təmsil edən taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) yığmamızın aktivinə növbəti bürünc medalı əlavə edib.

 

Harçeqani üçüncü yer uğrunda görüşdə polşalı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gələrək Olimpiya Oyunlarında 3-cü yer tutub.

 

Qeyd edək ki, Rioya tam heyətlə yollanan taekvondo komandamızın heyətində ilk Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb. O, yarışı bürünc medalla başa vurub. Yığmamızın digər üzvü Radik İsayev (+80 kq) isə bu gün mübarizəyə qoşulacaq.