Futbolçu Ronaldonun hamilə sevgilisi Corcina Rodriqezin doğumuna az qalıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, futbolçunun körpəsinin cinsiyyəti bəlli olub. Belə ki, Corcinanın salsa rəqs müəllimi bunu təsadüfən ağzından qaçırıb. Ronaldonun qızı dünyaya gələcək. 23 yaşlı Corcina fotolarını paylaşaraq "Rəqs insanı xoşbəxt edir. Müəllimlərim Beyzi və Deysiyə mənə ilk salsa dərslərini verdikləri üçün təşəkkür edirəm. Xoşbəxtəm” yazıb. Rodriqezin statusuna cavab olaraq isə müəllimlərindən biri "Sənə salsa dərslərini öyrətdiyimiz üçün biz də çox şadıq. Bətnindəki balaca qız böyük rəqqasə olacaq” cavabını verib.
Xatırladaq ki, Ronaldonun 5 yaşlı oğlu və surroqat ananın dünyaya gətirdiyi, biri qız, digəri oğlan olmaqla əkiz uşağı var.