Rusiyanın Avropaya müdaxilə edəcəyi vaxt - AÇIQLANDI

Polşa ordusunun xüsusi dəstəsinin (GROM) keçmiş komandiri general Roman Polko Rusiya ordusunun Baltikyanı respublikalara və Polşaya yaxın aylarda hücum edəcəyini bəyan edib.

sabahinfo.az xarici mediaya istinadən bildirir ki, onun fikrincə, provakisya üçün bəhanələr kifayət qədərdir və Rusiya yaxın aylarda qondarma bəhanə ilə hücum edə bilər.

Onun sözlərinə görə, bəhanə Polşada sovet əsgərlərinə abidələrin sökülməsi, Estoniyada və Latviyada rusdilli azlıqların maraqlarının qorunması ola bilər.