Sahibkarı ilginc bəhanəylə şoka salan banklardan - AÇIQLAMA

Tərtər rayonun İsmayılbəyli kənd sakini, sahibkar Teyyub Səfərzadənin kredit almaq üçün banklarla yaşadığı problemi işıqlandırmışdıq.

Sahibkar "Accesbank" və "Nikoil" bankların Bərdə filialına müraciət etsə də, ona 100 min dollarlıq girov qarşılığında 15 min manatlıq kredit verilməyib. Sahibkarın sözlərinə görə, hər iki bank Tərtərin ermənilər tərəfindən işğal olunacağı səbəb kimi göstərilib.

sabahinfo.az bildirir ki, modern.az bankların Bərdə filialından məsələyə münasibət öyrənib.

"Nikoil" Bankın Bərdə filialının sədri Yunis Məmmədov da onlara belə şəxsin müraciət etmədiyini qeyd edib.

"Sahibkarın açıqlamasını saytda oxudum, amma bizə elə müştəri müraciət etməyib. Buranın insanlarını da yaxşı tanıyıram. Tərtərin işğal olunması haqda isə deyilə bilməz. Mən özüm də tərtərliyəm.

O yenidən "Nikoil" banka yaxınlaşsın, işi haqda məlumat versin, uyğun gələrsə, sənədləri yerində olarsa, biznes layihəsi normaldırsa biz ona kredit verəcəyik".  

"Accesbank"ın Bərdə filialından isə bildirilib ki, "Tərtər işğal olunacaq, ora kredit verə bilmərik" ifadəsi onlar tərəfindən işlədilə bilməz.

Bu, kredit verilməməsi üçün səbəb ola bilməz.

"Bizim belə qaydamız və ya məhdudiyyətimiz yoxdur. Bərdə filialı açılıb ki, Bərdə və ətraf rayonlara xidmət etsin. Müştəri bizə yenidən müraciət etsin, məsələ araşdırılsın və ona kömək edilsin".