Samir Şərifov Yaponiyaya səfər edəcək

Mayın 4-ü maliyyə naziri Samir Şərifov Yaponiyaya səfər edəcək.

Sabahinfo.az-ın məlumatına görə, nazir Yokohama şəhərində Asiya İnkişaf Bankının (AİB) İdarə Şurasının illik iclasında iştirak edəcək.

İclas çərçivəsində AİB üzv ölkələri Asiya ölkələri arasında əməkdaşlıq məsələlərini, region ölkələrinin inklüziv inkişaf problemlərini və digər qlobal xarakterli məsələləri müzakirə edəcək.