Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Saymon
Kleq ümid edir ki, I Avropa Oyunları ilə idmanın yeni tarixi başlayacaq.
Trend-in məlumatına görə, bununla bağlı məqalə Böyük Britaniyanın
Standard.co.uk. saytında dərc edilib. S.Kleq bildirib: "Bu, mənim ən
çətin layihələrimdən biri ola bilər. Belə tədbir ilk dəfə keçiriləcək və
biz onu cəmi 30 aya təşkil etdik. Biz əla komanda topladıq. Bakı
dünyanın ən gözəl paytaxtlarından biridir. Yerli şəraitə uyğunlaşdıq və
işi yaxşı görməyə çalışırıq". Məqalədə deyilir ki, Avropanın müxtəlif
ölkəsinin 6 mindən çox idmançısı 17 gün ərzində 16 Olimpiya və 4
qeyri-olimpiya idman növündə yarışacaq. Britaniyalı ulduzlar bu
Oyunlarda iştirak edəcəklər, onlar arasında boksçu Nikola Adams,
stolüstü tennisçi Kelli Sibli və taekvandoçu Ceyd Cons da var. S.Kleq
diqqətə çatdırıb: "Biz hesab edirik ki, Oyunlar Azərbaycanın nə qədər
inkişaf etdiyini və Azərbaycan xalqının mehribanlığını tam nümayiş
etdirəcək. Avropa Oyunları Azərbaycanın gələcəklə bağlı gözəl planlarını
təmin edəcək".