Müğənnilər Səbinə Babayevai lə Ayaz Qasımov arasında mahnı qalmaqalı yaşanıb.
Sabahinfo.az axşam.az-a istinadən bildirir ki,hər iki müğənni "Can" mahnısını səsləndirib. Ayaz bildirib ki, onun ifası və aranjimanı daha yaxşıdır.
S.Babayeva "ATV maqazin onlarla" verilişinə açılqmasında bildirib ki, həmkarın sözlərinə əhəmiyyət vermir və ona gülür:
"Mən də öz ifamı tərifləyəcəm da... Adam qulaqlarını bağlamaq, başını atıb yatmaq istəyir. Düşünürəm ki, bizim aranjiman daha yaxşıdır, muğam da var".
Səbinə yeni çıxan mahnılardan da gileylənib:
"Estradanı toya çeviriblər, maraqsızdır. Keyfiyətli musiqi artıq azdır. Camaat yüngül mahnılar istəyir. Səhnədən uzaq durmalı insanlar indi səhnənin ortasındadır. Sosial şəbəkələrdə də tənqidlər oxuyuram, düz yazırlar. Hamı toy oxuyur, bu qədər də yox da...".