Seçicisi deputata: "Üzünüzü görən cənnətlikdir"

99 saylı Şəmkir kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Nurlan Həsənov facebok sosial şəbəkəsində seçicilərinin iradları ilə qarşılaşıb. SABAHİNFO.AZ xəbər verir ki, sosial səhifə üzərindən iş quran deputatın xanım seçicisi iradlarını açıq-aşkar yazmaqdan çəkinməyib. 
 Simnarə Həmidqızı adlı facebook istifadəçisi bunları qeyd edib: "Xeyirli olsun reklamınız. Amma seçici kimi deyirəm, üzünüzü görən cənnətlikdir". Deputat isə cavabında bildirib: "Salam Simnarə xanım, Siz hansı kənddə yaşayırsınız? Mən artıq Zəyəm qəsəbəsində və Düyərli kəndində olmuşam! Hər bir kəndə özüm şəxsən gedib, yerində problemlərlə tanış olub, həll etməyə çalışıram. Seçicilərim məni tez-tez öz aralarında görəcək, əmin ola bilərsiniz!"