Səfir: "İran Qarabağ münaqişəsinin həllində tərəflərlə işləməyə hazırdır"

 "İran Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərlə işləməyə hazırdır".

 

Sabahinfo.az-ın məlumatına görə, bu sözləri İranın Ermənistandakı səfiri Seyid Kazım Sacdadi İSNA-ya müsahibəsində deyib. O, İran prezidenti Həsən Ruhaninin tez bir zamanda Ermənistana səfər edəcəyini xatırladaraq bunun iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyini bildirib.

 

Səfir İranın Fars körfəzi-Qara dəniz dəhlizi layihəsinin əsas təşəbbüskarı olduğunu qeyd edərək bu dəhlizin İran, Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstanın iştirakı ilə yaradılacağını əlavə edib. O, dəhlizin Avropa ilə İran arasında nəqliyyat kommunikasiyasının diversifikasiyasına töhfə verəcəyini bildirib.