Beş ölkədən olan 23 alim qrupu Uilyam Şekspirin yaradıcılığı ilə bağlı kompüter analizinin köməyi ilə yeni araşdırmadan sonra belə qənaətə gəliblər ki, o, 44 pyesindən 17-ni digər dramaturqlarla birgə yazıb.
sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, beləliklə, Şekspirin əsərləri üzərində tanınmış dramaturq və şair Kristofer Marlo ilə birgə işləyib. Bəzi araşdırmaçılar Kristoferi onun başlıca rəqibi hesab olunur.
Xüsusilə Qeri Teylor (ABŞ-ın Florida ştatının unicersiteti) bəyan edib ki, Şekspir vəMarlo birlikdə "Henrix VI” pyesini yazıblar.
Bəzi alimlər bundan əvvəl belə nəzəriyyə irəli sürürdülər ki, Marlo elə Şekspirin özüdür. Ancaq bu versiyanı elmi ictimaiyyət absurd hesab edir.
Birincisi, ona görə ki, Şekspir bəzən öz əsərlərini tək yazmadığını araşdırmaçılar 1986-cı ildə bəyan ediblər. Alimlər iddia ediblər ki, Şekspir 39 pyesindən 8-ni digər müəlluflərlə birgə yazıb. O zaman bu versiya hiddət doğurmuşdu.
Araşdırmaçılar indi əmin edirlər ki, Şeksprin digər müəlliflərlə yazılan əsərlərininsayı kifayət qədər çoxdur – 44 pyesdən 17-sidir.