Şeyxdən BAŞSAĞLIĞI

Qafqaz Müsəlmanları İdarəsi Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğında dünyasını dəyişmiş həmvətənlərimizə başsağlığı verib

İdarədən verilən məlumata görə, başsağlığında deyilir:

"Bu hadisə zamanı həlak olmuş insanların faciəvi itkisi hər birimizin qəlbini ağrıdır. Bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, hər birimizə Allahdan səbr, yaralılara Uca Yaradandan şəfqət arzulayırıq.

Bu günlər Azərbaycanın bütün məscidlərində yanğın qurbanlarının xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir.

Uca Allah xalqımızı və dövlətimizi hər cür bəla və fəlakətlərdən hifz etsin! Amin!”.