Azərbaycan Dövlət
Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "Socar Turkey
Enerji A.Ş" "Petkim Petrokimya Holding"dəki paylarının bir qismini
satmaq niyyətindədir.
"APA-Economics”in "Milliyyət” qəzetinə istinadən verdiyi məlumata görə, şirkət artıq bununla bağlı bu ilin avqustun 8-də və ya sonrakı günlər ərzində İstanbul birjasına müraciət edəcək.
Artıq İstanbul birjasına müraciətin edilməsi ilə bağlı işlər aparılır.
"Socar Turkey Enerji A.Ş" şirkətindən verilən açıqlamada bildirilir ki, şirkət "Petkim Petrokimya Holding"də ortaq olduğu payın bir hissəsini satmaq niyyətindədir.