“Şuşada ermənilər Azərbaycan dilində danışırdılar” - Video

"Şuşada ermənilər bizə yaxınlaşaraq Azərbaycan dilində Qarabağ ləhcəsində danışırdılar. Deyirdilər harda qalmısınız, niyə gəlmirsiniz buralara?”. sabahinfo.az saytı xəbər verir ki, bu barədə ANS TV-nin «Nəzər nöqtəsi» verilişində  Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbəri, recissor Azərpaşa Nemətov 2009-cu ildə Şuşaya etdiyi səfəri xatırlayan zaman bildirib.

 

Rusiya prezidentinin mədəni əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycan və Ermənistan ziyalılarının görüşlərinin bərpası olunması barədə irəli sürdüyü təşəbbüsü şərh edən zaman bildirib.

 

2009-cu ildə belə bir görüşdə iştirak etdiyini xatırladan Azərpaşa Nemətov  bü çərçivədə həm Ermənistanda, həm də Şuşada olduğunu, həmçinin Azərbaycana gəlmiş erməni ziyalılarını qarşıladığını xatırlayır və həmin görüşlərin seperatçı recim tərəfindən  dayandırıldığını bildirib: "Gördülər ki, bu görüşlər onların ziddinə ola bilər".  

 

"Qarabığımızı çox pis vəziyyətdə gördüm - yollar pis gündə, Şuşa bərbad vəziyyətdə idi. Evlərin çoxu dağınıq idi”,- deyə Azərpaşa Nemətov bildirib.