Müğənni Təranə Qumral-Musa Musayev cütlüyü villalarını təqdim ediblər."Ay Zaur” verilişinə qonaq olan Təranə Qumral maraqlı açıqlama verib: "Biz əsrin Leyli-Məcnunuyuq. Belə deyək də, əsrin Musa-Təranəsiyik. Ölürlər aramızı vurmaq üçün... Biz neçə illərdir ailəliyik. Əslində insanın ürəyində olmalıdır o möhür. Musa hara qaçasıdır ki? 4 ildir ki, Musa nikahdan salıb məni... İndi təzədən evləndik. Ancaq 23 ildir ki, evliyik, Musa da mənim yanımdadır, mən də Musanın”.
Müğənni daha sonra küsülü olduğu qayınanası Gülbikəxanım barədə danışıb: "Mən qayınanamın yanına getmişəm, onunla da görüşmüşəm. Efir vasitəsi ilə onun əllərindən öpürəm. O, əsil xanım, ağbirçəkdir. Musa müəllimin qohumlarının hamısı məni çox istəyir. Anası da məni istəyir. İnanın ki, anası məni istədiyi qədər o biri gəlinləri istəmir. O da bir prinsipə düşüb, sözünü deyib. İnsan var ki, sözünü deyir, geri götürə bilmir”.