Tiflisdə ermənilərin təxribatının qarşısı alındı

İyulun 1-də Tiflisdə ATƏT Parlament Assambleyasının 25-sessiyası keçirildiyi  "Ekspo-Corciya” sərgi mərkəzində azərbaycanlı jurnalistlər tərəfindən erməni nümayəndələrinin təxribatının qarşısı alınıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdən xəbərlər yayan Azərbaycan jurnalistləri bir neçə dildə nümayiş etdirilən "Bütün dünya nişan alınır, Ermənistana atəş edilir” adlı kitab barədə ATƏT Parlament Assambleyasının müvafiq strukturu  məlumatlandırılıb və təxribat yönümlü ədəbiyyat foyedən yığışdırılıb.