“Totalitar rejimin şikəst ölkəsi” - Rusiya

Putinin siyasi janrı ən mənzərəli bir şlak və bir yığın mədhdən ibarətdir


"Neo-Stalinizm” İosif Stalinin fikir təşviqinə istinad edən siyasi dövrün adıdır. Vladimir Putin Stalinin fikir mənbəsindən post-sovet məkanında siyasi rejimlər təyin etmək üçün istifadə edir. Sovet imperiyası parçalanandan sonra Stalin dövrü və şəxsiyyəti demontaj olunsa da Putinin hakimiyyətə gəlməsilə bu proses aradan qaldırıldı. Stalini yenidən populyarlaşdırma tendensiyası Putin iqtidarı dövrü ərzində sürətlənib. Stalin dövründə olduğu kimi Putin dönəmində də Rusiya "totalitar rejimin şikəst ölkəsi”dir. Vladimir Putin socialist ideyalarını reallaşdırmaq üçün İosifin "irəli atılmaq" siyasətini aqressiv nəzərlərlə izləyir. Kreml başçısı heç də dictator Stalinin ortaq sənayeləşmə taktikasından geri çəkilmək niyyətində deyil. Putin "Neo-Stalinizm” ideyasını stimul tutaraq böyük və əhatəli sıçrayışa nail olmaq niyyətindədir. Halbuki, şəxsiyyətinə pərəstiş etdiyi Stalin 27 il dəmir yumruqla Sovet imperiyasında milyonlarla nəfər insanın qətlindən məsul tutulur və bu şəxsiyyətin Putin tərəfindən izlədiyi siyasət Rusiyanın industrializinqi üçün bir çox ruslar tərəfindən təqdir olunur. "Güzəştsiz diktator” kimi Putinin də qeyri-leqal yollarla hakimiyyətə gəlməsi və öz taxtından bərk yapışması əsas prioritet məsələ sayılır. Putin də məqsədinə çatmaq üçün "Böyük diktator” kimi intizam terroru və edam yolunu seçib. Bu gün məhz Rusiyanın dövlət başçısı Stalini günahkar simasında səhnəyə çıxarmaqdan boyun qaçırır. Hal-hazırda Putin kimi dünya mətbuatında dağıdıcı düşüncə tərzinə görə tənqid olunan ikinci şəxs yoxdur. Prezident isə sadəcə olaraq ona ünvanlanmış söz yığınlarını sadəcə olaraq yalançı təbəssüm və saxta etibarla izləyir. Məhz "Stalin siyasi taktikasının son icraçısı”nın yenidən Kreml ekranından izləmək istədiyi mənzərənin görüntüsü: kütləvi edamlar, ölümün şousu, "şairlər gecəsi”, gecə qapı vurmaları, gözlərdə görünən dəhşətli qorxu, Moskva məhkəməsində ittiham olunan günahsızlar, sərhədləri nəhayətsiz şəxsiyyətlət xarabalığı... İki absurd və qəddar şəxsiyyət (Stalin-Putin) arasında aşkar paralellər var. Hər ikisinin bənizində daima mənanın ölmə prosesi var, Stalinin qorxu saçan portretində, Putinin donuq gözlərində. Stalin kimi Putinin ən sevdiyi şou məhkəmə prosesidir. İnsanlar Putinin simasında yenidən hiyləgər, öldürücü konspirators kimi gizli terrorçular bir yaxın dost və ya qonşu kimi keçmiş görkəmli bolşeviklər görmək istəmirlər. Nikolay sonrası dövrü qaytarmaq üçün Putin Stalin şousunun son sınaq prosesini başladıb. Putin hakimiyyətə gələndən sonra Stalin rejiminin ritorika və ideologiyası az deformasiyaya uğradı, vicdanla demək olar ki, heç  dəyişmədi, Stalin qanunları olduğu kimi yenidən qüvvəyə mindi. Stalin dövründə olduğu kimi Rusiyada totalitar dövlət quruluşu Putinlə yeni forma aldı.
Bu baxımdan dictator Stalin fonunda Putin rejimini devirmək rus müxalifəti üçün heç də asan məsələ deyil. Putin də Sovet hüquq müdafiəçisi qismində Rusiya əhatə dairəsində olan millətlərə olduğu kimi müxaliflərə də barmaq silkəliyərək: "Qanunlara riayət edin" edin deyir. Qarşı gələn müxaliflər üçün Stalin ənənələrinə uyğun olaraq Putin təqiblər, sürgün, ölüm, həbs çarxını fırlayır. Putin haqqında deyilənlər Sovet dövrünün miras qalmış çürük sözləridir. Putin haqqında müzakirələr eksistential problemlərin simvoludur.

Elə ölkələr var ki, orada baş verən hadisələrə proqnoz vermək asandır. Lakin Rusiya barədə verilən proqnoz və irəli sürülən iddialar çox vaxt həqiqətə yaxın olmur. Çünki, Rusiyada uzun illərin dövlətçilik ənənələri əsrlərdən sonra yenə əks olunur. Rusiya hakimiyyət taxtı eyniyyətlərin təkrar olunduğu məkandır. Şərqi Slavyan ölkəsində əsrlərlə davam edən avtokratiya gələnəkləri fonunda irəli sürülən iddiaları deməyə əsas verir.
Putin realizmdən tamamilə uzaq şəxsiyyətdir, o, hətta romantik tip silsiləsinə aid şəxsdir. Çünki, Putin "əsrin ən böyük geosiyasi fəlakəti"ni yenidən əsdirmək istəyir. Sovet İttifaqının yenidən yaradılması çox pis əlamətdir, bu hətta Dünya müharibəsindən daha da dəhşətlidir. Bütün bunları çərçivəsində Rusiya dövlət başçısının relist şəxsiyyət olmamasını ortaya qoyur. Putin millətlət üstündə bu cür siyasi manevr etməklə İosif Stalini daha balanslı, "ən uğurlu sovet lideri” kimi təqdim etməyə çalışır. Rus prezidentin bu əhval-ruhiyyəsi ironik kimi qəbul edilir, onun siyasi janrı ən mənzərəli bir şlak və bir yığın mədhdən ibarətdir. Hitler, Mao və Stalin heç ən vəhşi və dağıdıcı diktatorlar deyil, əgər Putin olmasa. Əgər onu post-sovet məkanında Gürcüstan və Azərbaycan dəstəkləsəydi paranoiya və sadəlövhlükdən uzaq olaraq Putinin Sovet imperiyasını yenidən qurmaq üçün zəif rəqib üzərində müharibəni udmaq qədər asan olardı.

Mənsur