Tramp İranı bombalamaq əmri verib... - "New York Times" yazır

İran hakimiyyəti Amerika hava qüvvələrinə məxsus hərbi təyyarəni ələ keçirən zaman, ABŞ prezidenti Tramp dərhal "İranı bombardman edin” tapşırığını verib. Lakin sonra bu qərarından daşınıb.

BakupostRusiya KİV-lərinə istinadən bildirir ki, bu barədə Amerikanın məşhur "New York Times " nəşri xəbər verib. Nəşrin məlumatına görə, hətta İranın hərbi və mülki vətəndaşları arasında çox sayda itkidən qaçmaq məqsədilə İranı səhər saatlarında və gecə 2 və 3 arası bombalamaq razılığına gəlinib.


Bombardman ediləcək və aviozərbələr ediləcək əsas hədəflər İranın mühüm nüvə obyektləri, hərbi bazaları olmalı idi.

Lakin bir qədər sonra bu fikirdən daşınılıb

Dərgi yazır ki, hələ ki Ağ Evin niyə məhz bu qərarını ləğv etdiyi dəqiq gizlin saxlansa da çox ehtimal ki, ABŞ üzləşəcəyi starteji problemlərdən qorxub və ya çəkinib.