Türkiyənin məşhur kino ulduzu Türkan Şoray Bakıya gəlir.
"Nizami” Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəriArzu Əhədovanın Gün.Az-a verdiyi məlumata əsasən, mərkəzin təşkilatçılığı ilə Bakıya gələcək aktrisa "Uzaklarda arama” filminin qala gecəsində iştirak edəcək.
"Bakıya filmin yaradıcı heyətindən 6 nəfər, həmçinin Türkan Şoray və qızı Yağmur Ünal da qatılacaq. Onların Bakıda neçə gün qalacağı tam bəlli deyil. Hələ ki, səfər proqramına qala gecədə iştirak və KİV nümayəndələri ilə görüş daxildir” - deyə A.Əhədova bildirib.
Türkan Şorayın rejissorluğu ilə ərsəyə gələn filmdə qızı Yağmur Ünal çəkilib. Filmdə eyni zamanda Sevda Erginci, Mehtab Bayrı, Mustafa Uğurlu, Serkan Şenalp və başqaları rol alıb.
Qala-gecə noyabrın 26-da "Nizami” Kino Mərkəzində olacaq.