“Türkiyə NATO-dan çıxacaq” xəbərinə rəsmi - REKSİYA

Moskva ilə Ankara arasındakı münasibətlərin normallaşmasından sonra Türkiyənin NATO-dan kənarlaşacağı ilə bağlı yayılan  xəbərlərə  reaksiya verilib.

 

sabahinfo.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  NATO tərəfindən açıqlama verilib.

"Türkiyənin NATO-ya üzvlükdən kənarlaşdırılacağı müzakirə mövzusu deyil. NATO Türkiyənin daim xidmətlərinə güvənir, Türkiyə də NATO-nun həmrəylik və dəstəyinə arxalana bilər",-deyə bildirilib.

 

Açıqlamada NATO-nun baş katibi Yens Stoltenberqin 15 İyul dövlət çevrilişi cəhdindən sonra həm xarici işlər naziri Mövlud Çavuşoğlu, həm də prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə apardığı bildirilib.