PKK-nın siyasi qanadı hesab edilən Xalqların Demokratik Partiyasının (HDP) həmsədrlərinin həbsindən sonra paytaxt Ankarada etiraz aksiyası keçirilməsinə cəhd olub. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bir qrup şəxs partiyanın baş qərargahı binasına doğru yürüş etmək istəyib. Amma yollar polis qüvvələri tərəfindən bağlandığından etirazçılar binaya yaxınlaşa bilməyib. Etirazçılar arasından saxlanılanlar var.