Türkiyədə təyyarə qəzası: - ölənlər var

Türkiyədə təlim-məşq təyyarəsi qəzaya uğrayıb.

 

sabahinfo.az-ın "report"-a istinadən məlumatına görə,, hadisə nəticəsində 2 nəfər ölüb.

 

Təyyarə qəzası Balıkəsir vilayətinin Ayvalık rayonunda baş verib. Həlak olanların hadisə vaxtı təyyarənin bortunda olan təlimatçı və tələbə olduğu bildirilir.

 

Polis qəzanın başvermə səbəblərini araşdırır.